“Qarabağ” legionerlərindən biri ilə müqaviləni uzadıb.
Montoneqrolu futbolçu Marko Yankoviçlə sözləşmə 2027-ci ilə qədər artırılıb. Qeyd edək ki, Yankoviçin müqaviləsi 2025-ci ildə başa çatacaqdı. Təcrübəli futbolçu 2022-ci ildən “Qarabağ”da oynayır. O, 53 oyunda 3 qol vurub.